Tacikistanda koronavirus infeksiyasından ilk iki ölüm halı qeydə alınıb.
"Kommersant.az"-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin dövlət televiziyası xəbər yayıb.
Tacikistan Səhiyyə Nazirliyi pandemiya nəticəsində iki nəfərin öldüyünü rəsmi olaraq təsdiqləyib. Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 79-a yüksəlib.
Daha əvvəl Tacikistan infeksiyanın yayılmasının qarşısını almaq üçün sərhədlərini əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bağlayıb, lakin sonradan ölkədə koronavirusa ilk yoluxma halları aşkarlanıb.