USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daşkəsənə dolu yağdı, Əhəd Abıyev danışdı: “Maşının şüşəsini sındırdı”

04.05.2020 İqtisadiyyat
0 0
Daşkəsən rayonu ərazisində mayın 3-də həftənin bazar günü saat 15-00 radələrində intensiv dolu və leysan yağışının yağması nəticəsində Daşkəsən şəhərində, rayonun qəsəbə və kəndlərində əkin sahələrinə, fərdi təsərrüfatlara, şəxsi minik avtomobillərinə, elektrik dirəklərinə və xətlərinə xeyli ziyan dəyib.

"Kommersant.az"-ın xəbərinə görə, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Fövqəladə Hallar Komissiyası tərəfindən rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün müvafiq işlər aparılır.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

İcra başçısı Əhəd Abıyev deyib ki, avtomobilin şüşəsi sınıb.

  • Əvvəlki

    “1400 manat maaşa kim nazir işləyər ki” - AÇIQLAMA

Digər xəbərlər