USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana yalnız bu vaxta turist gözləmək olar

05.05.2020 İqtisadiyyat
0 0
Azərbaycanın nə zamandan etibarən xarici ölkələrdən qonaq qəbul edəcəyi ilə bağlı proqnoz demək çox çətindir.

"Kommersant.az"-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Turizm sənayesi və destinasiyanın inkişafı departamentinin rəhbəri İlkin Cavadov deyib.

Onun sözlərinə görə, bəzi Avropa ölkələri artıq indidən yay mövsümü ərzində tamamilə qapalı olacaqlarını, yalnız ölkədaxili turizm ilə kifayətlənəcəklərini bəyan ediblər:

"Bizim planımızda da ilk prioritet istiqamət ölkədaxili turizm üzrə fəaliyyətin qurulmasıdır. Ancaq bundan sonra mərhələli şəkildə həmsərhəd ölkələrdən - Rusiya, İran, Gürcüstan, Türkiyədən və nisbətən yaxın olan Qazaxıstan, Ukraynadan qonaqları gözləyəcəyik. Amma fikrimcə, bunu yalnız ilin sonuna gözləmək olar".

Hələ bu ilin fevral ayında Dövlət Turizm Agentliyi tərəfindən ölkədaxili turizm kampaniyasına start verildiyini xatırladan İ.Cavadov bu kampaniyanın davam etdiriləcəyini söyləyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın turizm məhsullarının inkişafı və turizm potensialının təbliğatının düzgün istiqamətdə aparılması üçün işlər görülür ki, potensial qonaqlar gəlməyə başladıqda ölkəmiz turizm baxımından daha əlverişli mövqedə olsun.

O əlavə edib ki, Azərbaycanın turizm potesialının təbliğ edilməsi üçün xarici turizm şirkətləri ilə onlayn görüşlər, müəyyən xarici turoperatorlar üçün onlayn tanışlıq turları keçirilir.

İ.Cavadov deyib ki, bu turlar zamanı bələdçi onlayn şəkildə ölkəmizin gəzməli yerlərini gəzir, xarici turoperator və turagentlər də həmin turları onlayn şəkildə izləyirlər.

  • Əvvəlki

    Baş Prokurorluq Hesablama Palatasının BNA ilə bağlı müraciətini rədd etdi - SENSASİYA

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0