TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət edib.
TƏBİB-dən verilən məlumata görə, müraciətdə bildirilir ki, artıq ölkəmizdə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə, TƏBİB COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırır.