USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Brest Elektrotexnika Zavodu” Azərbaycanda nümayəndəliyini yarada bilər

11.06.2018 İqtisadiyyat
0 0
Belarusun Zavodu Azərbaycanda nümayəndəliyini yarada bilər

Brest Elektrotexnika Zavodu dəmir yolu və metropoliten üçün avtomatlaşdırma, telemexanika və kommunikasiya avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşıb.

"Kommersant" xəbər verir ki, bu sözləri XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinin iştirakçısı Belarusun Brest Elektrotexniki Zavodunun marketinq şöbəsinin müdiri Pavel Şkurday bildirib.

Onun sözlərinə görə, zavodda bütün avadanlıqlar Avropa standartlarına uyğun hazırlanır. Postsovet məkanında da zavodun məhsullarına həmişə tələbat olub. Məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilir.

Şöbə müdiri qeyd edib ki, təmsil etdiyi müəssisə Azərbaycan Dəmir Yolları və Bakı Metropoliteni ilə avtomatlaşdırma sahəsində əməkdaşlıq edir. Sərgidə iştirak etmələrinin əsas məqsədlərindən biri də bu əlaqələri genişləndirməkdir. Hətta gələcəkdə tələbat olacağı təqdirdə Bakıda zavodun nümayəndəliyini də açmaq mümkündür.

Azərtac