Türkiyənin milli valyutası olan lirənin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enib. Hazırda 1 dollar 7,49 lirə təşkil edir.
"Kommersant.az"-ın xəbərinə görə, hazırkı məzənnə 2018-ci ildə qeydə alınmış minimumdan 0,254 lirə çoxdur. Proqnozlara əsasən, lirənin zəifləməsi davam edəcək və Türkiyənin bütün ili tənəzzüldə olacağı gözlənilir.APA