USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şənbə günü “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

07.05.2020 İqtisadiyyat
0 0
9 may – Qələbə Günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri – iş günüdür.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 10 may tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

"ASAN Kommunal" mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Hazırda 18 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.