ETSN-in Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
"Kommersant.az"-a verilən məlumata görə, mayın 7-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Şahdağda qar yağıb.
Sumqayıt, Zabrat, Maştağa, Binədə 2, Bakıda 1 mm olub.
Mayın 6-da şimal-qərb küləyi arabir Neftçala, Ağsu, Naftalanda 20 m/s, Lerik, Mingəçevirdə 18 m/s, Salyanda 17 m/s, Naxçıvanda 16 m/s, Yevlaxda 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Havanın temperaturu Bakıda iqlim normasından 7.7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, Aran rayonlarında 22-27 dərəcə isti, dağlıq rayonlarda 13 dərəcəyədək isti, Naxçıvan MR-da 15-22 dərəcə isti olub.