USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 21 xarici müəssisə ləğv edilib

07.05.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 2% artaraq 2020-ci il aprelin 1-i vəziyyətinə 149 051 olub.

"Kommersant.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-mart ayları ərzində 2952 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 134 vahid isə ləğv edilib.

Cari ilin 3 ayında 751 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 21-i isə ləğv edilib. Ötən ilin müvafiq dövründə isə yaradılan xarici müəssisələrin sayı 398 idi. Belə ki, xarici müəssisələrin sayı illik 2 dəfə artıb.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (22,3%), İran (10,7%), Rusiya (5,0%), Böyük Britaniya (4,8%), ABŞ (1,7%) və Almaniya (1,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.