Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Sosial mediada yayılan məlumagta görə, mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb.
Bizimyol.info xəbər verir ki, 2018-ci ildə nazir müavini vəzifəsinə təyin olunan R.Babayev mədəniyyət sahəsində keçirilən tədbirlərin maliyyələşdirilməsi sahəsinə nəzarət edib.
Belə ki, R.Babayev 2015-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyində "Qeyri-hökümət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir. Qaydaya əsasən dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Mədəniyyət Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.
Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər il yanvarın 31-dək nazirlik tərəfindən tədbirlər müəyyən edilir. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək nazirliyə təqdim edilir.
Mədəniyyət Nazirliyinin elan etdiyi sonuncu müsabiqələrdən biri koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsidir.