USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda daxili gediş-gəliş nə vaxt bərpa olacaq? - CAVAB

13.05.2020 İqtisadiyyat
0 0
Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Mayın 31-də Azərbaycanda daxili gediş-gəlişə icazə verilə bilərmi?

"Kommersant.az"-ın xəbərinə görə, bununla bağlı danışan deputat Sevinc Hüseynova bildirib ki, bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Operativ Qərargah hansı qərarı verəcəksə, ona uyğun da addımlar atılır. Hazırda karantin rejimi yumşaldılıb. Yumşalma o demək deyil ki, karantin rejimi və koronavirus təhlükəsi artıq bitib. İnsanlarımız daha məsuliyyətli olmalı, sosial izolyasiya qaydalarına riyaət etməlidir. Qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli və sosial məsafəni qorumalıdır. Əgər məsuliyyətli olub, Operativ Qərargahın qoyduğu qaydalara əməl edərsək koronavirusun ikinci dalğasından az itki və yoluxmalarla qurtula bilərik. Azərbaycan qabaqlayıcı tədbirlər sayəsində koronavirusla mübarizədə öndə gedən dövlətlərdən biridir. Buna uyğun olaraq da karantin rejimində yumlaşlamalar oldu. Təəssüf ki, son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb. Dünən bilirsiniz ki, 104 nəfər koronavirusa yoluxub. Bu artım onu göstərir ki, insanlarımız bu xəstəliyi önəmsəmirlər. Hesab edirəm ki, Azərbaycanda koronavirus bitməyənə qədər insanlarımız qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə edərək sosial məsafəni qorumalıdırlar. Yoluxma sayı minimuma ensə, o zaman Operativ Qərargah daxili gediş-gəlişə icazə verilməsi ilə bağlı qərar verə bilər. Ümumiyyətlə bu kimi qərarların verilməsi Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Onlar mövcud vəziyyəti analiz etdikdən sonra müvafiq qərarlar qəbul edirlər. Bu məsələdə də düşünürəm ki, Operativ qərargah son yoluxma dinamikasını və dünyada gedən prosesləri götür-qoy etdikdən sonra qərar qəbul edəcəklər". Sonxeber.az

  • Əvvəlki

    Baş Bankir: “Bəzi ekspertlər situasiyanı təhrif etməyə çalışırlar”

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0