USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC ölkələrinin yüksək neft qiymətlərindən gəlirləri açıqlanıb

11.06.2018 İqtisadiyyat
0 0
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ötən ildən Rusiya və digər hasilatçı ölkələrlə həyata keçirdiyi birgə tədbirlər nəticəsində dünya bazarlarında “qara qızıl”ın qiymətinin qalxmasından təşkilata üzv ölkələrin əldə etdiyi gəlirlər açıqlanıb.

"worldoil.com" saytı xəbər verir ki, ümumilikdə OPEC ölkələrinin 2017-ci ildə əldə etdiyi gəlirlər 28 faiz artaraq 578 milyard dollar təşkil edib. Təşkilatın 14 üzvünün birgə qərarı ilə hasilatın azaldılması nəticəsində ən çox gəlir əldə edən ölkə Liviya olub. Belə ki, ötən il bu ölkənin xam neft satışından qazancı 61 faiz artıb. Lakin gəlirlərin artması uzun illərdir silahlı münaqişə nəticəsində neft sənayesində böhran yaşayan Liviyaya edilən güzəştlərin sayəsində olub. Ölkənin neft şirkəti bu vəsaiti dağılmış neft infrastrukturunun bərpasına və hasilatın iki dəfə artırılmasına sərf edəcək.

Yüksək neft qiymətlərindən ən çox qazanan ikinci OPEC ölkəsi isə Qətərdir. Bu ölkənin Körfəz hasilatçıları ilə siyasi münaqişəsi gəlirlərin 55 faiz artmasına əngəl olmayıb. Birləşmiş Ərəb Əmirlikləri bu siyahıda üçüncü, hasilatı ən çox azaldan Səudiyyə Ərəbistanı isə dördüncü yerdədir.

Gəlirlərin qeyri-bərabər bölünməsinə baxmayaraq, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ölkələr büdcə kəsirlərinin azaldığını bildiriblər.

Azərtac