USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan 3 ölkəyə faraş kartof ixracına başladı

14.05.2020 İqtisadiyyat
0 0
Azərbaycan xarici ölkələrə faraş kartof ixracına başlayıb.

Bu barədə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, hazırda Cəlilabad və Şəmkir rayonlarında faraş kartof yığımına başlanılıb:

"Faraş kartof yığımı yüksək səviyyədə davam edir. Hazırda faraş məhsulu daxili bazarla yanaşı xaricə də ixrac olunur. Azərbaycan fermerləri əsasən Ukrayna, Rusiya və Belarusa faraş kartof ixrac edir. Sahibkarların mallarını ixrac etməsi üçün bütün şərait yaradılıb. Ölkədə karantin rejiminin elan olunmasına baxmayaraq, fermerlərin mal ixrac etməsinə heç bir maneəçilik törədilmir. Artıq 10 gündür ki, Azərbaycan xaricə faraş kartof ixracını davam etdirir".

V.Hüseynov bildirib ki, bu il faraş kartof istehsalı boldur:

"Məhsul bol olduğu üçün fermerlər ixracla yanaşı məhsullarını daxili bazarlara da göndərirlər. Məsələn, hazırda Şəmkir rayonunda faraş kartofu pərakəndə satışda 1 kiloqramı 60 qəpikdir. Həmin məhsulun Bakıda qiyməti isə 70, 80, 90 qəpik arasında dəyişir. Hazırda yığım davam edir. Faraş kartof yığımı mayın sonuna qədər başa çatmalıdır".

  • Əvvəlki

    Avtomobil almaq istəyənlərin nəzərinə: Yeni fırıldaq qurbanı olmayın - VİDEO

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0