USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana qayıtmaq üçün ən çox müraciət hansı ölkələrdən daxil olub?

14.05.2020 İqtisadiyyat
0 0
"Mayın 1-dən bu günə qədər Xarici İşlər Nazirliyinin “Qaynar xətt”inə 664 zəng daxil olub və cavablandırılıb".

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zənglər hələ də davam etməkdədir: "Həm XİN, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən vətəndaşlarımızla davamlı əlaqə saxlanılır. ÜST-nin və ekspertlərin tövsiyələri nəzərə alınmaqla vətəndaşlarımıza müraciətimiz olub ki, olduqları yerdə qalsınlar və karantin qaydalarına riayət etməklə fəaliyyətlərini davam etdirsinlər. Hazırda 60-a yaxın ölkədə Azərbaycan vətəndaşı var. Ölkəyə qayıtmaq üçün ən çox müraciətlər qonşu ölkələr - Türkiyə və Rusiyadandır".