2020-ci ilin aprel ayında Azərbaycan Çində tələbatın artımı hesabına Asiyaya neft ixracını mühüm dərəcədə artırıb. Rusiyanın “Qazprombank”ın analitikləri belə hesab edirlər.
"Apreldə BTC ilə Azərbaycan neftinin nəql həcmi Çindən tələbatın artması səbəbindən öncəki 11 ay ərzində maksimum səviyyədə olub. Nəticədə, apreldə Asiyaya neft nəqklində kəskin artım qeydə alınıb – mart ayı ilə müqayisədə artım 2,2 dəfə, 2019-cu ilin aprel ayı ilə müqayisədə - 2,8 dəfə", - "İnterfaks-Azərbaycan"a "Qazprombank"dan bildiriblər.
Bankın analitiklərinin qiymətləndirmələrinə görə, Çinə neft satışı həcmlərinin artırılması qiymətlərin aşağı olduğu dövrdə Azərbaycan iqtisadiyyatının artımına dəstək verəcək. "İqtisadiyyatın neft-qaz sektoru tərəfindən əlavə dəstək Azərbaycana birinci yarımillikdə iqtisadiyyatın artımında müsbət templər nümayiş etdirməyə imkan verəcək. Bundan sonra məhdudiyyətlərin aradan qaldırılandan və iqtisadi fəallıq bərpa olunduqca qeyri-neft sektorunun artıma qayıdacağını gözləyirik. Bununla əlaqədar, qeyri-neft sektoru ortamüddətli perspektivdə inkişaf üzrə gələcək tədbirlər fonunda iqtisadiyyata dəstəyini davam etdirəcək", - "Qazprombank"da belə hesab edirlər.
2020-ci ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycanda ÜDM-in nominal həcmi 22,4 milyard manat, real artım 0,2% təşkil edib. "Azərabyacn iqtisadiyyatının artımı ləngiməyi davam etdirib (2019-cu ilin yanvar-aprel ayları ərzində 2,1% ilə müqayisədə), lakin əlverişli olamayan xaruici şərtlərə baxmayaraq, müsbət rəqəmlər zonasında qalır. Maraqlıdır ki, əgər cari ilin ilk 3 ayı ərzində qeyri-neft sektoru iqtisaiyyatın artımını dəstəkləyirdisə (2020-ci ilin 4 ayı ərzində ÜDM-yə töhfəsi 65%-ə yaxınlaşıb), aprel ayında balans yenidən neft-qaz sektoruna tərəf dəyişib. Bu da iqtisadiyyatda müsbət artım templərini saxlamağa imkan yaradıb", - bankın analitikləri vurğulayırlar.
Azərbaycan Dövlət Statitika Komitəsinin məlumatına görə, COVİD-19 koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlər şəraitində, 2020-ci ilin 4 ayı ərzində qeyri-neft sektoru ötən ilin analoji dövrü ərzində 2,1% artıma qarşı 0,8% azalma nümayiş etdirib. "Bu, qeyd olunan dövrdə ümumi ÜDM-in müsbət artımının neft-qaz sahəsi hesabına təmin olunmasını hesab etməyə əsas verir", - "Qazprombank" vurğyulayır.