USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın yerli məhkəməsi kriptovalyuta avadanlıqlarının ölkəyə idxalını yasaqlayıb

11.06.2018 İqtisadiyyat
0 0
Rusiyanın Tümen bölgəsinin yerli məhkəməsi kriptovalyuta avadanlıqlarının ölkəyə gətirilməsini qadağan etdi.

"Kommersant" xarici mətbuata istinadən bildirir ki, Rusiyanın Tümen bölgəsində yerləşən Tobolsk vilayətinin yerli məhkəməsi həmin bölgədə yaşayan bir şəxsin istifadə etmək üçün kriptovalyuta avadanlıqlarının internet vasitəsilə satın alamağa cəhd etməsindən sonra, həmin cihazların ölkəyə gətirilməsinə qadağa qoyub.
Rusiya Gömrük İdarəsinin internet səhifəsində yayımlanan xəbərdə bildirilir ki, bir nəfər şəxsi ehtiyaclarını ödəmək üçün internet vasitəsinlə müxtəlif avadanlıqlar sifariş edib. Həmin şəxs verdiyi ifadədə bildirirb: "Sifariş verdiyim avadanlıqlar şəxsi istifadə üçün nəzərdə tutulub".

Rusiya Gömrük İdarəsi kriptovaltutaların istehsalında istifadə edilən bu tip avadanlıqları sifariş vermədən öncə onların ölkəyə keçirilməsinin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən icazəli olub -olmadığını araşdırmağı tövsiyyə edib.