USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xəzərdə iki neft yatağı ilə bağlı təminat və öhdəliklər təsdiq edilib

12.06.2018 İqtisadiyyat
0 0
Nazirlər Kabineti Xəzər dənizinin Azərbaycan sektorunda iki neft yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında təminat və öhdəlikləri təsdiq edib.

"Kommersant" xəbər verir ki, bu barədə qərarları Baş nazir Novruz Məmmədov imzalayıb.

Birinci sənədə əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Əşrəfi-Dan ulduzuAypara BV və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanmış sazişin 5-ci əlavəsində qeyd olunmuş "Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri" təsdiq edilib.

Baş nazirin digər qərarı ilə isə Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Qarabağ BV və SOCAR QARABAĞ LLSİ arasında Risk Xidmət Sazişinin 5-ci əlavəsində qeyd olunmuş "Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri" təsdiq edilib.