USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Küçədə ət kəsimi və satışı qeyri-qanuni elan ediləcək

12.06.2018 İqtisadiyyat
0 0
"Azərbaycan prezidentinin dünən imzaladığı sərəncama əsasən, Azərbaycan ərazisində iri və xırdabuynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək".

"Kommersant" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli deyib.

O bildirib ki, həmin məntəqələrin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib: "Həm şəhər, həm də rayonlardakı əhalinin sayına görə, həm də orda yerləşən heyvandarlıq təsərrüfatlarına görə hər bir zonada neçə ət kəsimi məntəqəsinin fəaliyyətə başlayacağı müəyyən olunacaq".

Direktor iş adamlarına da müraciət edərək deyib ki, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar Agentliyə müraciət edə bilərlər: "Bu iş inzibati qaydada deyil, mərhələli şəkildə həyata keçiriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin sayı və onların sanitar-gigiyenik vəziyyəti monitorinq olunacaq. Azərbaycan ərazisində nə qədər ət kəsimi məntəqəsinə ehtiyac olduğu müəyyənləşdiriləcək. Azərbaycanda xırda və iribuynuzlu heyvanların bütün baytarlıq-sanitar və sanitar-gigiyenik normalara və qaydalara əməl olunmaqla kəsimi və satışı təmin olunduqdan sonra küçə və meydançalardan qeyri-qanuni ət kəsimi və satışı yığışdırılacaq".

APA