USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət xaricdən telefon gətirənlərdən rüsum alacaq

12.06.2018 İqtisadiyyat
0 0
Bu gün Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişiklik minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğinin hər il icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur.

Dəyişikliyə əsasən satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur.

Layihədə bildirilir ki, hər il üçün mobil cihazların qeydiyyat alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.