USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk Lirəsi yenə ucuzlaşdı

12.06.2018 İqtisadiyyat
0 0
Həftəyə 4.47 səviyyələrindən başlayan Dollar/Türk Lirəsi məzənnəsi, ilk iş günündə iqtisadi artım və cari kəsir göstəricilərinin açıqlanmasından sonra 4.50 səviyyəsini keçmişdi.

"Kommersant" xəbər verir ki, məzənnə bu gün də yüksəlişini davam etdirərək Bakı vaxtı ilə saat 14:45-də 4.5730 səviyyəsinə qalxıb. Lirə Dollar qarşısında 1,1% dəyərdən düşüb.

Türkiyə iqtisadiyyatı ilin ilk rübündə illik 7.4 faiz ilə proqnozdan çox artıb. Aprel ayında cari kəsir isə 5.43 milyard dollar ilə proqnozu üstələyib.

Dollar/TL-nin yüksəlişinə ABŞ Mərkəzi Bankının (Fed) və Avropa Mərkəzi Bankının (AMB) iclasları da təsir edir.

Fed-in Çərşənbə günü faizi 25 bənd artıracağı gözlənilir.

  • Əvvəlki

    Dövlət xaricdən telefon gətirənlərdən rüsum alacaq

Digər xəbərlər

23.12.2024 İqtisadiyyat
Azərbaycansayağı monopoliya
0 0