USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Büdcə üçün neftin qiyməti qaldırılır

12.06.2018 İqtisadiyyat
0 0
2018-ci ilin dövlət büdcəsində neftin baza qiyməti artırılır.

Dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Bunun müqabilində cari ilin sonunadək ARDNF-ə əlavə olaraq gözlənilən 5 mlrd. 600 mln. manat daxilolmaların 1 mlrd. 750 mln. manatının dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 mln. manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 mln. manat artırılması, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 31 mln. manat istifadə olunması nəzərdə tutulur.

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat, xərcləri isə 23 milyard 61 milyon manat nəzərdə tutulur.

APA