USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər

01.06.2020 İqtisadiyyat
0 0
OPEC+ ölkələrinin nazirləri iyunun 9-10-na planlaşdırılan görüşün daha əvvəlki tarixə keçirilməsini müzakirə edirlər.

Nazirlərin görüşü iyunun 4-də keçirilə bilər.

Qeyd olunur ki, tərəflər ötən ay qəbul edilmiş neft hasilatının azaldılması barədə sazişin müddətinin artırılmasını tezləşdirmək üçün bu cür qərar veriblər.

Əvvəlki cədvələ əsasən, iyunun 4-5-də OPEC+ texniki komitəsinin iclası, iyunun 8-də nazirlər monitorinq komitəsinin, 9-10-da isə OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin görüşü keçirilməli idi.

Xatırladaq ki, OPEC+ ölkələri neft hasilatının təxminən 10 milyon barel/sutka azaldılması barədə razılıq əldə etmişdi.

(c)trend