“Metronun “28 May” stansiyasında karantin rejiminin pozulmaması üçün sərnişinlər stansiyaya kütləvi şəkildə buraxılmır”.
"Kommersant.az"-ın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metroda heç bir hadisə baş verməyib:
"İstər metronun "28 May" stansiyasında, istərsə də digər stansiyalarda pik saatlarda sərnişin sıxlığı müşahidə edilir. Sərnişinlərin stansiyaya kütləvi şəkildə daxil olmaması üçün karantin rejiminin tələblərinə uyğun tədbirlər görülür. Fotolar da pik saatda çəkilib.
Bütün sərnişinlər sosial məsafənin qorunması çərçivəsində stansiyaya daxil olurlar. Sərnişinlərin stansiyalara buraxılmamasına dair məlumatlar həqiqəti əks etdirmir".Oxu.az