USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı - RƏSMİ CAVAB

03.06.2020 İqtisadiyyat
0 0
31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Son 3 gün müddətində yoluxma sayı 689-a yüksəlib.

"Kommersant.az" xəbər verir ki, bu, pandemiya dövründə ən yüksək göstərici hesab edilir.

Belə olduğu halda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, bununla bağlı rəsmi açıqlama yoxdur.

"Karantin müddəti yumşaldıqdan sonra yoluxma sayı artıb. Buna baxmayaraq hələ də rəsmi qərar yoxdur", – deyə İbrahim Məmmədov qeyd edib.

Son zəng tədbirlərinin təşkil edilib-edilməməsinə münasibət bildirən İbrahim Məmmədov bununla bağlı da rəsmi qərarın olmadığını deyib.Qazet.az

  • Əvvəlki

    Dərslərlə bağlı açıqlama - İyunun 16-dan 17-dək

Digər xəbərlər