USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hava pisləşəcək - XƏBƏRDARLIQ

03.06.2020 İqtisadiyyat
0 0
Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir ki, bunun nəticəsində də havanın temperaturu ötən günlərlə müqayisədə 5 dərəcəyədək aşağı enəcək.

"Kommersant.az" xəbər verir ki, ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 4-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, 5-i axşam və 6-da əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Əvvəlki

    DYP əhaliyə maska ilə bağlı xəbərdarlıq etdi

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0