“Əhaliyə 190 manat ödəmənin verilməsi yalnız aprel və may ayları üçün nəzərdə tutulmuşdu”.
"Kommersant.az"-ın xəbərinə görə, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, bu da aprel və may aylarında bütün ölkədə əmək fəaliyyətinin dondurulması ilə bağlı idi: "İyun ayında 190 manat ödəmənin verilməsi nəzərdə tutulmayıb. Hazırda iş rejimi tam bərpa olunub".APA