USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - VİDEO

04.06.2020 İqtisadiyyat
0 0
Azərbaycanda son günlərdə koronavirusdan ölənlərin sayı artıb.

"Kommersant.az" xəbər verir ki, ilk ölüm halı qeydə alınan gündən hər kəsi maraqlandıran məsələ vəfat edən şəxslərin necə dəfn olunmasıdır. Gəncədə koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin dəfni xüsusi nəzarət altında həyata keçirilir.

Belə ki, xəstəlikdən həyatını itirən şəxslər Operativ Qərərgahın təsdiq etdiyi qaydalara uyğun torpağa tapşırılır. Qəbiristanlıqlarda çalışan şəxslərə xüsusi geyimlər, əlcəklər və maskalar verilib. Dəfn işləri məhz bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Bu günə kimi Gəncə şəhərində virusdan dünyasını dəyişən şəxslərin əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır.

Dəfn və Mərasim Xidmətinin müdiri Ələddin Hüseynov bildirir ki, dəfn qaydaları bu dəfə ənənəvi şəkildə aparılmır.

"Biz onları xüsusi qaydada dəfn edirik. Meyitlər tabutda bura gətirilir, elə tabutda da dəfn edilir. Hər kəsə xidmət paltarları verilib, mütəmadi olaraq yenilənir" – deyə Ələddin Hüseynov əlavə edib.

Qəbiristanlıqlarda dəfn işlərini həyata keçirən işçilər üçün ayrılan qoruyucu vasitələr mütəmadi şəkildə yenilənir. Bu şəxslərə hər gün yeni xüsusi geyimlər, əlcəklər, maskalar verilir.

Bundan əlavə, qəbiristanlıqlarda həftə ərzində üç dəfə dezinfeksiya işləri aparılır. Kütləvi qəbirüstü ziyarətlər tamamilə məhdudlaşdırılıb.

  • Əvvəlki

    İlham Əliyev: "Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb"

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0