USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müddət uzadıldı - QƏRAR

04.06.2020 İqtisadiyyat
0 0
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası koronavirus pandemiyasının yaratdığı fəsadlarla əlaqədar təxirə salınmış Tokio Yay Olimpiya Oyunları üçün təsnifat sistemini təqdim edib.

"Kommersant.az"-ın xəbərinə görə, əsas prinsiplər dəyişməz qalır - idmançıların seçimi müvafiq yarışlar vasitəsilə baş verəcək.

Milli Olimpiya komitələri 2021-ci il mayın 21-dək marafon və 50 km məsafəyə qaçış yarışlarında iştirak üçün ərizə verməlidirlər. Digər yarışların iştirakçıları üçün son tarix iyunun 21-dir.

İyulun 1-də Tokio olimpiasına vəsiqə qazanan atletlərin siyahısı və dünya reytinqi dərc olunacaq. 2 - 5 iyulda Milli Olimpiya komitələri olimpiadaya qatılacaq idmançılar üçün müraciət etməlidirlər.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.Report