Bakıda sərnişin avtobuslarında kondisionerlərin qoşulmasına start verilib.
Bu barədə "Kommersant.az"-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı daşıyıcılara göstəriş verilib: "Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, müntəzəm sərnişin avtobuslarında sərinləndirmə sistemlərinin işə salınmasına göstəriş verilib. Sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib. Artıq bu gündən mərhələli şəkildə avtobuslarda sərinləndirmə sistemləri işə salınır. Qeyd edim ki, bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb".