USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 130 minə yaxın artıb

05.06.2020 İqtisadiyyat
0 0
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 130 minə yaxın artıb.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 4-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 129 281 nəfər yeni koronavirusa yoluxub, 4 842 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 6 416 828, ölənlərin isə 382 867 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 022 824 yoluxma və 168 553 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 211 148, ölənlərin sayı isə 183 313 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 570 026 yoluxma və 13 458 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə statistikaya əsasən ən çox yoluxma halları ABŞ-da (1 823 220), Braziliyada (555 383), Rusiyada (441 108), Böyük Britaniyada (279 860), İspaniyada (240 326), İtaliyada (233 836), Hindistanda (216 919), Almaniyada (182 764), Türkiyədə (166 422) və Peruda (174 884) qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

  • Əvvəlki

    Prezident smart aptek aparatı ilə tanış olub - FOTO

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0