USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

12 əsrlik qalaya yol çəkilir

05.06.2020 İqtisadiyyat
0 0
Gədəbəy rayonunda yerləşən və tarixçi mütəxəssislər tərəfindən təxminən 9-cu əsrə aid edilən Qız qalasının turizm əhəmiyyəti nəzərə alınaraq, turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün qalaya avtomobil yolu çəkilir.

"Kommersant.az"-ın məlumatına görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa edilən yolun ümumi uzunluğu təxminən 12-15 kilometrdir. İnşasına mayın 20-dən başlanılan avtomobil yolunun iyun ayının sonunadək yekunlaşdırılması planlaşdırılıb.

Xatırladaq ki, ölkə əhəmiyyətli möhtəşəm memarlıq abidəsi olan Qız qalası Şəmkir çayı ilə Mis çayının kəsişməsində, sıx meşəliyin ortasında, sıldırım qayalığın zirvəsində yerləşir. Müdafiə xarakterli tarixi abidənin unikallığı ondadır ki, ətrafda kərpic hazırlanması üçün heç bir xammal mənbəyinin olmamasına, yaxud kərpic bişirilən emalatxanaya rast gəlinməməsinə baxmayaraq, Qız qalası kimi möhtəşəm abidə bişmiş qırımız kərpicdən inşa edilib.

Abidəyə aparan yollar sıx meşəliyin içərisindən və kol-koslu dağ çığırlarından keçir. Buna baxmayaraq, qalanın bürclərindən və mazğallarından baxdıqda ətrafa olduqca əsrarəngiz və füsunklar mənzərə açılır.

Qeyd edək ki, Gədəbəy rayonununda yerləşən və 4-cü əsrə aid edilən ölkə əhəmiyyətli digər tarixi memarlıq abidəsi Mahrasa məbədi də Şəmkir çayının sahilində, hazırda Qız qalasına çəkilən avtomobil yolunun yaxınlığında yerləşir.

  • Əvvəlki

    ÜST: Dünyada koronavirusa yoluxanların sayı 130 minə yaxın artıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0