USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosu sabahdan necə işləyəcək? - RƏSMİ AÇIQLAMA

07.06.2020 İqtisadiyyat
0 0
Bakı metropoliteni sabahdan gücləndirilmiş iş rejimində çalışacaq.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, iyunun 8-i səhər saat 06:00-dan etibarən metropolitenin bütün heyəti iş başında olacaq: "Səhər saat 06:00-dan etibarən optimal iş qrafikində hərəkət gücləndirilmiş rejimdə, metodiki göstərişlərə uyğun tələblər əsasında davam etdiriləcək. Pik saatlarda qatarların hərəkəti "Həzi Aslanov"-"28 may" xətti üzrə 2 dəqiqə intervalla olacaq. Gücləndirilmiş iş rejimi ilə əlaqədar əlavə işçi qüvvəsi ayrılıb, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib".

B. Məmmədov bildirib ki, səhər saatlarında Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı əlavə göstəriş və tövsiyyələri olarsa, iş prinsipi həmin qaydalara uyğunlaşdırılacaq.Trend

  • Əvvəlki

    Yük maşınlarının Bakıdan çıxışına qadağa qoyuldu - AÇIQLAMA

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
04.02.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0