USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ilə İran birgə logistika mərkəzi yaradacaq

08.06.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası ilə İran Ərdəbil vilayətində müştərək sənaye şəhərciyi ilə yanaşı, logistika mərkəzi də yaradacaqlar.

"Kommersant.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ərdəbil vilayətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Davud Şayeqan deyib. O bildirib ki, bununla yanaşı Ərdəbil-Parsabad dəmir yolu xəttinin çəkilişi də Azərbaycan tərəfi ilə müzakirə edilib.

Bu dəmir yolu xətti İranın Parsabad əyaləti ilə Ərdəbili birləşdirməklə yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yoluna birləşdiriləcək. Sənaye şəhərciyində istehsal olunan mallar də bu beynəlxalq dəmir yolu ilə Azərbaycan üzərindən xaricə ixrac ediləcək. Logistika mərkəzi isə İranın digər bölgələrindən və Azərbaycan Respublikasından ixrac olunan yüklərin təyinatı üzrə yönəldilməsinə imkan verəcək.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycanın Baş Nazirinin müavini, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfər etmişdi. Səfər çərçivəsində İranın İqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsənd ilə görüşdə birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub.

  • Əvvəlki

    Rusiya təyyarə reyslərini bərpa edir: Siyahıda Azərbaycan da var

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
04.02.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0