USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BNA: Sərt karantin günlərində 13 istiqamət üzrə sərnişindaşıma həyata keçirilib

08.06.2020 İqtisadiyyat
0 0
Sərt karantin rejiminin tətbiq olunduğu 6-7 iyun tarixlərində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan həyat əhəmiyyətli dövlət müəssisə və təşkilatlarına müvafiq dəstəyin göstərilməsi təmin olunub. Bu məqsədlə Bakı şəhərinin müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişin daşımaları icra edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, daşımalara ümumilikdə 40-a yaxın avtobus cəlb edilib. Əlavə sayda avtobus və sürücü heyəti isə hazır vəziyyətdə saxlanılıb.

"8-iyun səhər saat 06:00-dan isə müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları bərpa olunub. Sərnişin tələbatının ödənilməsi məqsədi ilə ümumi xətlərə 1 900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20% çoxdur. Sosial məsuliyyət nümayiş etdirərək sərt karantin rejimi qaydalaırna anlayışla riayət etdiklərinə görə vətəndaşlarımıza təşəkkür edirik. Bir daha sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən tibbi maskalardan istifadə etmələrini tövsiyə edirik", - deyə məlumatda qeyd edilib.