USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri Səudiyyə Ərəbistanının açıqlaması ilə düşdü

09.06.2020 İqtisadiyyat
0 0
Neft qiymətləri, Səudiyyə Ərəbistanının əlavə hasilat ixtisarlarını bu ayın sonunda dayandıracağını açıqlamasının adından geriləyib.

Xəbər verdiymiz kimi, OPEC və ortaqları iyunda hasilatın 9,7 milyon barel azaldılmasını daha bir ay uzadıblar. Səudiyyə Ərəbistanın razılaşmadan əlavə olaraq İyulda da hasilatını azaldacağı qeyd edilmişdi.

Bu gün Səudiyyə Ərəbistanı həyata keçirdiyi əlavə və daha dərin azaltmanı İyun ayının sonunda dayandıracağını açıqlayıb.

İstehsalını razılaşmada öhdəliyinə düşən miqdardan daha çox azaldan Səudiyyə Ərəbistanı, Bazar ertəsi təşkil etdiyi mətbuat konfransında, bu əlavə azaltmanın "məqsədinə çatmasına görə" yalnız bir ay davam edəcəyini və bu ayın sonunda dayandırılacağını bəyan edib.

Bakı vaxtı ilə saat 17:15-də Brent nefti 1,3% ucuzlaşma ilə 41,72 dollardan alıcı tapıb. Bu gün səhər Brent neftinin qiyməti 43 dolları keçmişdi.

  • Əvvəlki

    ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik

Digər xəbərlər