USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərt karantin günlərində yalnız bu şəxslərə... - Operativ Qərargah

10.06.2020 İqtisadiyyat
0 0
Bu həftə tətbiq ediləcək sərt karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin işə gedib-gəlmək üçün şəxsi avtomobillərindən istifadəyə icazə veriləcək.

"Kommersant.az"-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxslər iş yerlərinə gedib gələ bilərlər: "Həmçinin, yaxın qohumunun dəfn mərasimində iştirak etmək istəyən şəxslər də şəxsi avtomobillərdən istifadə edə bilərlər. Digər şəxslərin isə hərəkəti qadağandır".