Daşkəsən Rayon İcra Hakimiyyətin "İcra başçısının "yaylaq biznesi” haqda maraqlı məlumatlar" başlıqlı xəbərə münasibət bildirib.
"Kommersant.az" İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin açıqlamasını təqdim edir:
"Bildiririk ki, mayın 27-də Daşkəsən rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə Daşkəsən rayon Polis şöbəsi tərəfindən rayon İcra Hakimiyyətinə məlumat verilib. Rayon Polis şöbəsi tərəfindən verilmiş məlumatda bildirilib ki, həmin hadisədə heç bir xəsarət alan və şikayətçi yoxdur.
Müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə Daşkəsən rayon İcra Hakimiyyətinin nüfuzunu ləkələməyə yönəlmiş, aparılan çirkin, qərəzli kampaniyaya münasibət olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir. Həmin yol nəqliyyat hadisəsinin Daşkəsən rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur.
Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran Əliyevdən xahiş edirik ki, bu məsələyə hüquqi qiymət verilsin və yalan məlumat yayanlar saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün. Əks təqdirdə bu şaiyələri yayan saytlarla bağlı cənab Prezidentə müraciət ediləcək".