USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Makedoniyanın adı Şimali Makedoniyaya dəyişdirilir

13.06.2018 İqtisadiyyat
0 0
Makedoniya Respublikasının adı Şimali Makedoniya olaraq dəyişdirilir.

"Kommersant" bildirir ki, bu barədə ölkənin Baş naziri Zoran Zaev təşkil etdiyi mətbuat konfransında məlumat verib.

Yunanıstanın Baş naziri Aleksis Tsiprasın və Makedoniyanın Baş naziri Zoran Zaevin iyunun 12-də telefon danışıqlarının nəticəsi olaraq tərəflər Makedoniyanın yeni adı ilə bağlı razılığa gəliblər. Bu qərar ölkənin tezliklə Avropa İttifaqına və NATO-ya daxil olmasına şərait yaradır.

Aleksis Tsipras bildirib ki, iki ölkə arasında "uğurlu razılıq" əldə olunub və o, bu barədə Yunanıstan Prezidenti Prokopis Pavlopulosu məlumatlandıracaq. Hər iki ölkənin hökumət başçıları tərəfindən imzalanacaq saziş parlamentlərdə ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Adla əlaqədar iki ölkə arasında 25 ildir davam edən mübahisə Makedoniyanın beynəlxalq təşkilatlara, xüsusilə Avropa İttifaqına və NATO-ya üzv olmasına maneə yaradırdı. Yunanıstan Makedoniyanın yunan bölgəsi ilə eyni adı daşımasına etiraz edirdi.

Bu qərardan sonra Makedoniyanın Avropa İttifaqı və NATO ilə danışıqlara başlaması iyunun sonunda gözlənilir.