USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda daha bir kənddə koronavirus yayıldı

11.06.2020 İqtisadiyyat
0 0
İsmayıllı rayonunun daha bir kəndinin sakinləri arasında koronavirusa yoluxma aşkarlanıb.

"Kommersant.az"-ın məlumatına görə, Rayonun Bizlan kənd ərazi nümayəndəsi Şahbəndər Əmrahiyev Azvision.az-a açıqlamasında bildirib ki, kənddə üç nəfər koronavirusa yoluxub.

"Kənd sakinlərinin məlumatına əsasən, iki qadın İsmayıllı rayonunda yas məclisində iştirak ediblər və orada virusa yoluxublar. Yoluxanlardan biri koronavirus testi pozitiv çıxan qadının qardaşıdır.

Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Gündəlik xəbər alıram, qızdırmaları ölçülür və heç bir narahatlıq yoxdur. Həmin şəxslərlə təmasda olanlardan analizlər götürülüb və nəticələri neqativ çıxıb".

Ş.Əmrahiyev bildirib ki, qonşu Tircan kəndinə daha dörd nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Xatırladaq ki, son günlər İsmayıllıda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar bu rayonda iki günlük sərt karantin rejimi tətbiq olunacaq.

  • Əvvəlki

    Vüqar Səfərli dövlətə vurduğu ziyanın 100 min manatını ödədi

Digər xəbərlər

04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0