USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da Kolumbun heykəlinin başı qoparıldı - VİDEO

11.06.2020 İqtisadiyyat
0 0
Ötən gün ABŞ-ın Boston şəhərində Amerika qitəsini kəşf edən Xristofor Kolumbun heykəlinin başı qoparılıb.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, heykələ kimlərin zərər vurduğu bəlli deyil. Lakin hadisənin qaradərili Corc Floydun ölümündan sonra başlayan iğtişaşlarla əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, daha əvvəl də Kolumb heykəlinə hücumlar olub. 2006-cı ildə yenə heykəlin başı qoparılıb, 2015-ci ildə isə irqi ayrıseçkilik əleyhinə aksiyalar çərçivəsində qırmızıya boyanıb və üzərində "qaradərililərin həyatı önəmlidir" ifadəsi yazılıb.

Digər tərəfdən Amerikanın kəşfində böyük rol oynadığı üçün hər il qeyd edilən "Kolumb Günü"nə ABŞ-ın bəzi ştatları qatılmır. Xüsusən də yerlilər və qaradərililər onu kölə ticarətini başladan şəxs kimi qəbul edir və həmin gün "Yerli Xalqlar Günü" adı ilə başqa bir bayram qeyd edirlər.

  • Əvvəlki

    Ceyranbatan su anbarının ərazisində güclü yanğın

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0