USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir Elnur İsmayılovu cəzalandırdı

11.06.2020 İqtisadiyyat
0 0
Göyçay Rayon Təhsil Şöbəsinin müdirinə xəbərdarlıqla şiddətli töhmət verilib.

"Kommersant.az"-ın xəbərinə görə, buna səbəb iyunun 10-u saat 12:00 radələrində Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğlu ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq verilən qərar və əmrlərə laqeyd yanaşması, Təhsil nazirinin 1 iyun 2020-ci il tarixli, F-273 nömrəli əmri ilə müəyyən edilən hər bir qurum üzrə struktur bölmələrin əməkdaşlarının məhdud sayda işə cəlb olunması tələbəni aşkar şəkildə pozaraq təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil etməsi olub.

Qeyd edilənləri və Elnur İsmayılov barəsində tətbiq edilən sonuncu intizam tənbehindən (02.06.2020-ci il tarixli, 497 nömrəli əmr) nəticə çıxarmadığını nəzərə alaraq Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğluna Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

  • Əvvəlki

    SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
04.02.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0