USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda işsizlərin sayının “azalması” necə baş verib? - EKSPERT

12.06.2020 İqtisadiyyat
0 0
"Hamı bilir ki, bu dövrdə heç bir iş yerinin sayında artım ola bilməz”.

"Kommersant.az" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev Azərbaycanda işsizlərin sayının azalması ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatını şərh edərkən deyib:

Onun fikrincə, son aylarda müəssisələrdə müəyyən bir ağarma prosesi gedir:

"İşçilərin rəsmiləşdirilməsi prosesinə başlanılıb. Bunun da təsiri var. Söhbət faktiki olaraq işləyən işsizlərin rəsmi status almasından gedir. Yəni, bunlar bu günə kimi işləyirdi, amma rəsmi olaraq işsiz hesab edilirdi. Bizdə qeyri-rəsmi məşğulluq həmişə yüksək olub. Sadəcə olaraq qeyri-rəsmi məşğulluğun bir hissəsinin ağarması hesabına bizdə statistika baxımından işsizlik səviyyəsində azalma müşahidə olunur. Hamı bilir ki, bu dövrdə iş yerlərinin sayında artım ola bilməz. Ancaq qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsindən söhbət gedə bilər".

Samir Əliyev qeyd edib ki, Azərbaycanda işsizlik səviyyəsinin ölçülməsi həmişə böyük suallar doğrurur:

"Ən azı reallığı əks etdirməyib. Azərbaycanda işsizliyin səviyyəsi 5% elan edilib. Belə çıxır ki, Amerika, Avropa kimi inkişaf etmiş ölkələrdə analoji vəziyyətdir. Bunu hamı bilir ki, işsizliyin səviyyəsi reallıqdan dəfələrlə çoxdur. Burada da əsas problem metedologiyadır. Metedologiya bizdə elədir ki, məsələn, insanın torpaq sahəsi ola bilər, amma işsizdir. Ancaq bizdə bu halda insan işsiz hesab edilmir".

  • Əvvəlki

    Bakıda çimərliklər açıldı - Bu çimərliklərdə çimməyə icazə var

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
04.02.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0