USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Malayziya borclarını ödəmək üçün Yaponiyadan kredit istədi

13.06.2018 İqtisadiyyat
0 0
Yaponiyanın paytaxtı Tokioda olan Malayziyanın Baş naziri Mahathir Məhəmməd, həmkarı Şinzo Abe ilə görüşüb.

Mahathir, görüşdən sonra keçirilən birgə mətbuat konfransında, Malayziyanın xarici borclarını ödəmək üçün Yaponiyadan kredit istədiyini, Yaponiyanın da tələbi nəzərdən keçirəcəyini qeyd edib.

Malayziyada keçən ay keçirilən seçkilərdə baş nazir vəzifəsinə gələn Mahathir Məhəmməd, əvvəlki hökumət dövründə Malayziyanın xarici borcunun təxminən 252 milyard dollar olduğunu söyləmişdi.

Malayziyada xərcləri azaltma tədbirləri çərçivəsində nazir maaşları 10 faiz azaldılmışdı.