USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Şahdağ”ın tabe olduğu qurum dəyişdi

13.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda əksini tapıb.

Qərara əsasən, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi daxil olmaqla) və "Kiş" Tarix-Memarlıq Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

"Şahdağ" Qış-Yay Turizm Kompleksi və Milli Kulinariya Mərkəzi də Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında yer alıb.

Qeyd edək ki, bu qoruqlar əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin tərkibinə daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

APA