0
0
Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.
Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır:
Təhsil müəssisələri:
Azərbaycan Turizm və Menecment Universiteti;
Bakı Turizm Peşə Məktəbi;
Mingəçevir Turizm Kolleci.
Dövlət qoruqları:
"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu;
"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu;
Azərbaycan Respublikasının "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;
"Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu;
"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi daxil olmaqla);
"Kiş" Tarix-Memarlıq Qoruğu.
Turizm İnformasiya mərkəzləri:
Bakı Turizm İnformasiya Mərkəzi ("Baku City Tour" turist avtobusları daxil olmaqla);
Şamaxı Turizm İnformasiya Mərkəzi;
Xaçmaz Turizm İnformasiya Mərkəzi;
Quba Turizm İnformasiya Mərkəzi;
Lənkəran Turizm İnformasiya Mərkəzi;
Gəncə Turizm İnformasiya Mərkəzi;
Şəki Turizm İnformasiya Mərkəzi;
Zaqatala Turizm İnformasiya Mərkəzi;
Qəbələ Turizm İnformasiya Mərkəzi;
İsmayıllı Turizm İnformasiya Mərkəzi;
Bərdə Turizm İnformasiya Mərkəzi.
Təsərrüfathesablı qurumlar:
"Azərbaycan Konqreslər Bürosu" Məhdud Məsuliyyətli Cəmiyyəti;
"Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;
"Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti.
Digər qurumlar:
Milli Kulinariya Mərkəzi.
APA