USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tesla indi də ixtisara başlayır - 3000 NƏFƏR

13.06.2018 İqtisadiyyat
0 0
Seriyalı istehsal məsələsində yaşadığı çətinliklər ilə gündəmə gələn Tesla, indi də işdən çıxarmalar ilə göndəmdədir.

"Kommersant" xəbər verir ki, Tesla-nın müdiri Elon Musk "Twitter" hesabından bildirib ki, şirkətin işçi qüvvəsinin 9%-nə qarşılıq gələn 3 min nəfər işdən çıxarılacaq.

Musk sözügedən qərarın çətin bir qərar olduğunu ancaq şirkətin yenidən təşkilinin zəruri olduğunu bildirib

O, heç bir istehsal xətti işçisinin bu ixtisar arasında yer almayacağını da qeyd edib.

Musk, "Haradasa 15 illik tariximizdə heç mənfəət əldə etməmişik. Bu vəziyyət, gəlirliliyin bizi motivasiya etmədiyini göstərir. Bizi motivasiya edən dünyanın davamlı, təmiz enerjiyə keçişi hədəfidir. Ancaq davamlı gəlirliliyə keçmədən bu hədəfə nail ola bilməyəcəyik" deyib.