USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TANAP vaxtında və büdcəyə 32% qənaətlə inşa edilib

13.06.2018 İqtisadiyyat
0 0
“Wood Mackenzie”: Azərbaycan və Türkiyə TANAP-ı vaxtında və büdcəyə 32% qənaətlə inşa edib

"Wood Mackenzie"nin analitiki Alasdair Morrison Azərbaycan və Türkiyənin Trans-Anadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinin vaxtında reallaşdırılmasını qeyd edir.

Xəbər verildiyi kimi, iyunun 12-də Əskişəhərdə (Türkiyə) TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi keçirilib.

"TANAP layihəsi vaxtında reallaşdırılıb. Layihənin səhmdarları üçün razılaşdırılmış tarixin təminatı hər zaman əsas məsələ olub", - "Wood Mackenzie" A.Morrisonun sözlərindən sitat gətirir.

Onun sözlərinə görə, TANAP-ın tikintisi nəzərdə tutulan məbləğdən daha az qiymətə başa gəlib. "Layihənin büdcəsi 8 mlrd. dollar təşkil edib, bu da ilkin qiymətdən 32% azdır", - A.Morrison əlavə edib.

O vurğulayıb ki, TANAP-ın 56 düymdiametrlişərq hissəsininistifadəyə verilməsi - Cənub Aqaz Dəhlizinin istifadəyə verilməsinin yalnız başlanğıcıdır.

"TANAP-ın istifadəyə verilməsi Türkiyənin qaz-nəqliyyat qovşağına çevrilməsi cəhdinə doğru nəhənq addımdır. "Türk axını" ilə bərabər o, 2023-cü ilə qədər Türkiyədən Avropaya nəql olunan qaz həcmini təxminən illik 26 mlrd. kubmetr artıracaq", - analitik qeyd edib.

İnterfaks-Azərbaycan