USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusla bağlı Azərbaycan Ordusundakı durum açıqlanıb

22.06.2020 İqtisadiyyat
0 0
“Koronavirus, ümumiyyətlə, dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirdi. Ali Baş Komandanın tapşırığı ilə bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dexinfeksiya olundu".

"Kommersant.az" xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.

"Şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir. Eyni zamanda bizim öz laboratoriyalarımız var və analizləri də özüm aparırıq. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti də böyük dəstək oldu. Ümumiyyətlə, Ali Baş Komandan orduda gedən prosesləri ciddi nəzarətdə saxlayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da orduda gedən məsələləri ciddi nəzarətdə saxlayır, göstərişlər verir, dəstək olur. Pandemiya ilə mübarizədə də belə oldu. Şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı yox idi, amma karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başladı və çağırış həyata keçirildi. Çağırışçılar arasında bir-iki fakt qeydə alındı".

  • Əvvəlki

    Deputatla bağlı - SENSASİON AÇIQLAMA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0