USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BƏƏ Azərbaycana humanitar yardım göndərdi (FOTOLAR)

22.06.2020 İqtisadiyyat
0 0
Koronovirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində dəstək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin qərarı ilə iyunun 21-də bu ölkənin Etihad Hava Yollarına məxsus karqo təyyarəsi ilə Azərbaycana 11 ton tibbi ləvazimat və xəstələr üçün faraş kənd təsərrüfatı məhsullarından ibarət humanitar yardım göndərilib.

"Kommersant.az" - ın məlumatına görə, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AzərTAc-a bildiriblər ki, humanitar yardımın Əbu-Dabi beynəlxalq hava limanında ölkəmizə yola salınması mərasimində səfir Mahir Əliyev, BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əl Qubeysi, BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf, həmçinin BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin beynəlxalq humanitar yardım idarəsinin rəisi Raşed Məhəmməd Humeri, protokol idarəsinin rəis müavini və BƏƏ Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Mərasimdə səfirlər Mahir Əliyev və Məhəmməd Əl Qubeysi, eləcə də BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf bununla bağlı yerli televiziya kanallarına müsahibə veriblər.

Qeyd edək ki, BƏƏ hökuməti bu günədək koronovirusdan (COVID-19) əziyyət çəkən 66 ölkəyə 935 ton humanitar yardım göndərib.

  • Əvvəlki

    178 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə edildi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0