Avropadan olmayan şirkətlər bu regionda aktiv əldə etmək və ya Avropa həmkarları ilə müqavilə bağlamaq hüququnundan məhrum ola bilərlər. Banker.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının qitə istehsalçılarını “haqsız rəqabət”dən qorumaq üçün hazırdadığı ilkin planında deyilir.
Avropa Komissiyasının təklifinə əsasən, milli antimonopiloya orqanları Avropa regionunda istənilən bir şirkətin fəaliyyətini araşdırmaq hüququnu əldə edəcəklər. Şirkətin fəaliyyəti Avropa İttifaqındakı "tarazlığı pozduğu" təqdirdə, onun subsidiyaları qaytarmaq və aktivlərini satmaq barədə qərar qəbul edilə bilər. Beləliklə, 100 milyon avro və daha çox dəyəri olan hər hansı Avropa aktivini satın aldıqda, son üç il ərzində dövlətdən yardım alan şirkət bu barədə Avropa Komissiyasına məlumat verməli olacaqdır. Yeni səlahiyyətlər məmurlara regiondakı bütün investisiya fəaliyyətinə demək olar ki, tam nəzarət etmək imkanı verəcəkdir.
Bütün bu tədbirlər Avropa İttifaqında milli səviyyədə təsdiqlənməlidir. Hazırda Almaniya, Fransa, Hollandiya və Polşa kimi dövlətlər xarici təsirləri məhdudılaşdırmağın yollarını axtarırlar. Bu səbəbdən sənədin səlahiyyətli orqanlar tərəfindən qəbul edilməsi ehtimalı çox yüksəkdir.